COP29

Azərbaycan millisi məğlub oldu - YENİLƏNİB

10 Sentyabr 20:50 Milli komanda 695
Azərbaycan millisi məğlub oldu - YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün 8-ci oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, F qrupunda yer alan millimiz Bakıda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Dalğa Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq. Qarşılaşmanı Fransadan olan hakimlər briqadasının idarə edəcək.

Hazırda Azərbaycan millisi 7 oyundan 3 xalla qrupda sonuncu, rəqibi Serbiya isə 8 matçdan 10 xalla 3-cü yeri tutur.

19:00. Azərbaycan (U-21) – Serbiya (U-21) 0:2

Azərbaycan: 1. Yusif İmanov, 5. Mahir Həsənov, 4. Cəlal Hüseynov, 21. İbrahim Ramazanov, 2. Abdulla Rzayev, 3. Rüfət Abbasov,13. Emil Səfərov, 8. Fərid Yusifli (k), 9. Nəriman Axundzadə, 18. Ağadadaş Salyanski, 14. Xəyal Əliyev

Baş məşqçi: Samir Əliyev

Serbiya: 12. Lazar Kaliçanin, 16. lazar Konstantinov, 3. Mixaylo İliç (k), 6. Voyin Serafimoviç, 14. Vukaşin Durdeviç, 4. Nikola Miliçiç, 20. Yovan Şlviniç, 17. Stefan Dzodiç, 22. Marko Veliçkoviç, 10. Yovan Miloşoviç, 7. Yovan Miyatoviç

Baş məşqçi: Lyubinko Druloviç

Hakimlər: Bastien Dechepy, Alexis Auger, Brice Parinet Le Tellier, Florent Batta (Fransa)

"Dalğa Arena"

N Komandalar O Q H M T-F X
1 Ukrayna 7 7 0 0 17-3 21
2 İngiltərə 8 6 1 1 32-5 19
3 Serbiya 8 3 1 4 10-18 10
4 Lüksemburq 9 2 1 6 6-23 7
5 Şimali İrlandiya 7 2 1 4 4-8 7
6 Azərbaycan 7 1 0 6 4-16 3

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?