COP29

"Azərbaycanla oyundan qələbə gözləyirəm, onlar yalnız müdafiə olunur"

10 Sentyabr 16:20 Milli komanda 679
"Azərbaycanla oyundan qələbə gözləyirəm, onlar yalnız müdafiə olunur"

"Azərbaycan millisi ilə oyunda futbolçularımdan qələbə gözləyirəm.

Komandamızın oyun keyfiyyətinin birinci plana keçməsini, taktiki baxımdan intizamlı olmasını istəyirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri Serbiyanın U-21 millisinin baş məşqçisi Lyubinko Druloviç bildirib.

O, Serbiya Futbol Federesiyasının mətbuat xidmətinə açıqlamasında bu gün Avropa çempionatının seçmə mərhələsində Azərbaycan U-21 millisi ilə Bakıda keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

Druloviçin sözlərinə görə, Azərbaycan millisi istisnasız olaraq müdafiədə oynayan, amma hücumda da yaxşı futbolçuları olan komandadır:

"Uzun məsafə və Bakının istisi səbəbindən uyğunlaşmaya vaxt getdi. Amma mən əminəm ki, meydanda yaxşı oyun sərgiləyəcəyik".

Azərbaycan və Serbiya U-21 komandaları arasında görüş bu gün saat 19:00-da başlanacaq. Oyun "Dalğa Arena"da təşkil ediləcək.

Hazırda Azərbaycan millisi 7 oyundan 3 xalla qrupda sonuncu, Serbiya isə 8 matçdan 10 xalla 3-cü yeri tutur. Hər iki komanda qrupdan çıxmaq şansını tamamilə itirib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar