COP29

"Azərbaycana qol vurmaq mənim üçün xüsusi idi"

10 Sentyabr 13:40 Milli komanda 407
"Azərbaycana qol vurmaq mənim üçün xüsusi idi"

Slovakiya millisinin futbolçusu Ondrey Duda Millətlər Liqasının C1 qrupunun 2-ci turunda Koşitsedə Azərbaycan yığması üzərində qazandıqları qələbəni (2:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, Slovakiya Futbol Federasiyasına açıqlama verən təcrübəli yarımmüdafiəçi millimizə qol vurması barədə də danışıb:

"Koşitsedə ailəm və dostlarım var. Ona görə də bu matçda qol vurmaq mənim üçün xüsusi idi.

İnanıram ki, azarkeşləri sevindirdik. Biz nəticədən razıyıq. İki çətin oyundan sonra 6 xalımız var.

Bu dəfə Estoniya ilə müqayisədə daha effektli olduq".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?