COP29

“Azərbaycanla oyunumuz xoşuma gəldi. müdafiədə ideal deyilik, arzulanan hədəfə çatmamışıq”

9 Sentyabr 09:20 Milli komanda 305
“Azərbaycanla oyunumuz xoşuma gəldi. müdafiədə ideal deyilik, arzulanan hədəfə çatmamışıq”

Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri ev oyunundan sonra bunları söyləyib:

“Oyunumuz xoşuma gəldi. Topa biz nəzarət etdik.

Komandanın müdafiəsi ideal deyil, bu istiqamətdə işləmək lazımdır. Estoniya ilə oyunda olduğu kimi, sabit komanda olduğumuzu nümayiş etdirik.

İstənilən rəqibə öz oyunumuzu diqtə edə bilirik. Sentyabr bizim üçün uğurlu keçdi və 6 xal toplaya bildik.

Əldə olunan nəticələri uğurlu saymaq olar, amma hələ arzulanan hədəfə çatmamışıq”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 11:00 Razı qalacaqsız…