COP29

"Neftçi" və "Sabah"ı da milli komandamızın yanına qoşub əlcək kimi dəyişən bu adam KİMDİR?

7 Sentyabr 23:40 Milli komanda 4 080
"Neftçi" və "Sabah"ı da milli komandamızın yanına qoşub əlcək kimi dəyişən bu adam KİMDİR?

U-21 yığmamız AVRO-2025-in seçmə mərhələsi çərçivəsində Lüksemburqun qonağı olub.

Və növbəti dəfə meydandan başıaşağı ayrılıb - 0:2.

Komandamızın məğlubiyyəti ilə işim yoxdur, alışmışıq.

Amma heyətə baxanda bir adın üzərindən sakit keçmək mümkün deyil.

Söhbət Rüstam Samiqullindən gedir. İllərdi bu adı açıqlanan həyətlərdə görürük. Ortaya çıxarılası bir fəaliyyəti də yoxdur.

Bəli, ötən ay iddialı klubumuz "Sabah"ı digər iddialı klubumuz "Neftçi"yə dəyişdi.

Keçidi səs-küylü görsənə bilər.

Amma 22 yaşlı qapıçı sonuncu dəfə 2023-cü ilin dekabrında meydana çıxıb.

Azalır 1 ildi adamın 1 dəqiqə olsun oyun təcrübəsi yoxdur.

5 ildi Azərbaycana köç edən Rusiya doğumlu qapıçı cəmi 4 Premyer Liqa görüşündə meydana çıxıb.

2020-ci ildən ayaq açdığı Azərbaycanda yarım mövsüm "Səbail"də keçirib.

Sonrakı 3,5 mövsümü "Sabah"da, bu ilin qışından isə "Neftçi"yə pənah aparıb.

Və davamlı gənclər millimizə dəvət alır. Digər aşağı yaş millilərimizə də həmçinin.

Bir azərbaycanlı gənc "Neftçi", "Sabah" və milli səviyyəsinə yüksəlmək üçün minbir əziyyətə qatlaşmalıdır.

Amma hansısa qeyri-azərbaycanlı iddialı klublarımızı da millimizin yanına qoşub əlcək kimi dəyişir.

Niyə? Axı bu adam kimdir? Kimin qohumudur? Ölkənin pulları heç bir istedadı olmayan, perspektiv vəd etməyən birinə illərdi niyə xərclənir?

Ən ağır isə odur ki, onun milliyə yolunu açan gənclər millimizin baş məşqçisi Samir Əliyevdir.

Almaniyalı Foqts yox, italiyalı De Byazi yox, portuqaliyalı Santuş yox, azərbaycanlı Əliyevdir.

Samir müəllim, olmaz ki, ötən mövsüm "Sumqayıt"ın "Qarabağ"ı 1:0 udduğu oyunda populyarlıq qazanan, Əvəzedici Liqada davamlı oyun praktikası olan azərbaycanlı balası Xəyal Fərzullayevə şans verəsiniz?

İddia etmirəm ki, Xəyal dursa qollar buraxmayacaq, Lüksemburqdan xal(lar)a qayıdacaqdıq.

Amma ən azı məğlubiyyət qədər bir də digər tərəfdən qapıda gördüyümüz ad bizi yandırmazdı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti