COP29

Azərbaycanlı gənclər Lüksemburqa da uduzdu

6 Sentyabr 23:26 Milli komanda 542
Azərbaycanlı gənclər Lüksemburqa da uduzdu

Bu gün Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Samir Əliyevin komandası 7-ci matçında Lüksemburqla qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Görüşü İsveçrədən olan Dezire Qrundbaxer idarə edib.

U-21 millimiz növbəti görüşünü sentyabrın 10-da, saat 19:00-da “Dalğa Arena”da Serbiya yığmasına qarşı keçirəcək.

7 oyuna 3 xal toplayan U-21 sonuncu - altıncı pillədə qərarlaşıb.

Xallar: Ukrayna - 18 (6 oyun), İngiltərə - 18 (7 oyun), Serbiya - 10 (7 oyun), Şimali İrlandiya - 6 (6 oyun), Lüksemburq - 4 (8 oyun), Azərbaycan - 3 (6 oyun)Azərbaycanlı gənclər Lüksemburqa da uduzdu

Lüksemburq U-21 - Azərbaycan U-21 2:0

Qollar: Leon Elşan, 21, 45+2-pen

Hakimlər: Dezir Qrunbaher, Matthias Sbrissa, Guillaume Maire, Anojen Kanagasingam (İsveçrə)

Emil Mayriş stadionu.

Lüksemburq: 1. Eldin Latik, 18. Migel Qonçavles (k), 21. Massimo Aqostinelli, 5. Frans Sinner, 2. Yohann Torres, 10. Rayan Berberi, 6. İvan Enqlaro, 11. Tim Flik, 16. Kleyton İriqoyen, 9. Leon Elşan, 7. Adulai Dyabi Embalo

Baş məşqçi: Dan Huet

Azərbaycan: 1. Rüstəm Samiqullin, 20. Rüfət Əhmədov, 15. Süleyman Damadayev, 4. Cəlal Hüseynov, 5. Mahir Həsənov, 2. Abdulla Rzayev, 14. Xəyal Əliyev, 8. Fərid Yusifli (k), 13. Emil Səfərov, 17. Murad Vəliyev, 10. Samir Abdullayev

Baş məşqçi: Samir Əliyev

Digər Xəbərlər
Xəbər Lenti