COP29

Biz vurmadıq, onlar vurdu - Millinin oyunundan üzüntülü VİDEO

6 Sentyabr 01:20 Milli komanda 266
Biz vurmadıq, onlar vurdu - Millinin oyunundan üzüntülü VİDEO

UEFA Millətlər Liqasında İsveç yığması ilə qarşılan Azərbaycan millisi rəqibinə 1:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, C Liqasının I qrupunun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşünün 65-ci dəqiqəsində hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub.

Rəqibin heyətində Viktor Dyekereş 80-ci dəqiqədə penaltidən fərqi daha da artırıb. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.

45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var