COP29

Azərbaycan millisi məğlub oldu - YENİLƏNİB

5 Sentyabr 21:57 Milli komanda 737
Azərbaycan millisi məğlub oldu - YENİLƏNİB

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında ilk oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda İsveç millisini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.

Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveçlə yanaşı, Slovakiya və Estoniya ilə qarşılaşacaq.

Azərbaycan bu komanda ilə beşinci dəfə üz-üzə gələcək. Yığmamız əvvəlki dörd oyunun yalnız birində qələbə qazanıb.

Digər üç görüşdə skandinaviyalılar qalib gəliblər. Tərəflər arasındakı ilk matç 2000-ci il sentyabrın 2-də Bakıda gerçəkləşib.

Dünya çempionatının seçmə mərhələsinə təsadüf edən qarşılaşma qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

2001-ci il oktyabrın 2-də eyni turnirin Stokholmda baş tutan oyununda meydan sahibləri 3 cavabsız qolla üç xal əldə ediblər.

Digər iki duel isə AVRO-2024-ün seçmə mərhələsinə təsadüf edib. Martın 27-də səfərdə 5 cavabsız qolla uduzan Azərbaycan millisi noyabrın 16-da Bakıda qələbəyə sevinib - 3:0.

5 sentyabr

20:00 Azərbaycan – İsveç 1:3

Qollar: Renat Dadaşov, 82 - Aleksander İsak, 64, 70, Viktor Qyokereş, 80
Baş hakim: Balaş Berke (Macarıstan)

Azərbaycan: 23. Mehdi Cənnətov, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 15. Bədavi Hüseynov, 17. Toral Bayramov, 20. Aleksey İsayev, 22. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 1. Rza Cəfərov, 12. Yusif İmanov, 2. Amin Seydiyev, 5. Şəhriyar Əliyev, 6. Emil Mustafayev, 10. Ozan Can Kökçü, 13. Rahil Məmmədov, 14. Rüstəm Əhmədzadə, 16. Elvin Camalov, 18. Ceyhun Nuriyev, 19. Nəriman Axundzadə, 21. Xəyal Nəcəfov.
Baş məşqçi: Fernandu Santuş.

İsveç: 12. Viktor Yohansson, 2. Aleks Duqlas, 3. Linus Valqvist, 4. İsak Hin, 6. Ludviq Auqustinsson, 9. Aleksander İsak, 11. Antoni Elanqa, 17. Viktor Qyokereş, 18. Yasin Ayari, 19. Mattias Svanberq, 21. Deyan Kuluşevski (k).
Ehtiyat oyunçular: 1. Yakob Zetterström, 23. Kristoffer Nordfeldt, 5. Edvin Kurtuluş, 7. Lukas Berqvall, 8. Yens Kayuste, 10. Qustaf Nilsson, 13. Ken Sema, 14. Anton Saletros, 15. Karl Starfelt, 16. Niklas Eliasson, 20. Uqo Larsson, 22. Sebastian Nanasi.
Baş məşqçi: Yon Dal Tomasson.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var