Azərbaycan millisinin bir futbolçusu Millətlər Liqasının I turunda bu gün İsveçlə evdə keçiriləcək matçın "23-lüy"ündən kənarda qalıb.
Sportinfo.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş "Zirə"dən Qismət Alıyevin xidmətinə ehtiyac duymayıb.
32 yaşlı oyunçu yüngül zədəsi olduğu üçün sözügedən qarşılaşmanı tribunadan izləməli olacaq.
Azərbaycan – İsveç matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.