COP29

“Şübhələrim var” - Fernandu Santuşla millimiz nə qazanacaq? - VİDEO

5 Sentyabr 13:00 Milli komanda 675
“Şübhələrim var” - Fernandu Santuşla millimiz nə qazanacaq? - VİDEO

“Yenilənmiş AFFA, milli komanda bu gün ilk sınağına çıxır.

Rəqib İsveçdir. Çətin qarşılaşma olacaq.

Bundan əvvəlki təcrübələrimizə əsaslanaraq, deyə bilərik ki, Fernandu Santuş müdafiə olunmağı hücum etməkdən daha çox üstün tuta bilər. Amma hələ portuqaliyalı çalışdırıcı ilə bağlı nəsə deməyə tələsmirəm.

Şübhələrim var, amma bir neçə qarşılaşma gözləmək lazımdır”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Millətlər Liqası çərçivəsində bu gün keçiriləcək Azərbaycan - İsveç matçı öncəsi müəyyən fikirlər səsləndirib. Qeyd edib ki, mövqelərə uyğun düzgün oyunçu profilləri seçilməlidir.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edəcək.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var