COP29

Millimizin heyəti və oyunlarının təqvimi bilindi

30 Avqust 03:00 Milli komanda 508
Millimizin heyəti və oyunlarının təqvimi bilindi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası sentyabrın 3-dən 7-dək Bakıda, sentyabrın 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olacaq.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-17 millimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Toplanışda dəvət olunan futbolçuların adları və oyunların təqvimi aşağıdakı kimidir:

Məhdi Həsənov, Elşən Atakişiyev, Kamil Məmmədov, Elvin Vəliyev, Vusal Kərimov, Elnur Abdullayev (hamısı "Neftçi"), Rauf Əyyubov, Həzrət Səmədov, Əlibəy Mahmudov, Tunar Muradov, İbrahim Xəlilov (hamısı "Sabah"), Fərid Cabbarlı, Murad Qurbanov (hər ikisi "Zirə"), Rəvan Teymurov, Əli Qazibəyov, Abdulaziz Cabbarlı, Nihat İsgəndərov, Əli İbrahim (hamısı "Qarabağ"), Zeyd Nəsirulla ("Hertha Zehlendorf", Almaniya), Nihad İsaqov ("Kəpəz"), İbrahim Babayev ("Servette FC 1890" İsveçrə), İslam Həsənov ("Srvena Zvezda", Serbiya)

9 sentyabr

17:00. Türkiyə - Azərbaycan (Darıca stadionu)

12 sentyabr

14:00. Türkiyə - Azərbaycan (Darıca stadionu)

Qeyd: hər iki oyunun başlama saatı Bakı vaxtı ilə göstərilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi