COP29

Yığmamız yenə uduzdu

29 Avqust 04:00 Milli komanda 342
Yığmamız yenə uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təşkil edilən təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, millimiz növbəti dəfə Belarus yığması ilə qarşılaşıb.

Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada rəqib 3:2 hesablı qələbə qazanıb. Komandamızın heyətində qolları Amid Nəzərov və Sabir Allahquliyev vurublar.

Komandalar arasında bir gün əvvəl keçirilən qarşılaşmada Belarus yığması 4:2 hesablı qələbə qazanmışdı.

Yeni baş məşqçi Sahib Məmmədovun rəhbərliyi altında avqustun 1-dən təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının hazırlığı ayın 31-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi