COP29

AFFA millinin məşqçisi ilə yolları ayırdı - RƏSMİ

2 Avqust 19:00 Milli komanda 945
AFFA millinin məşqçisi ilə yolları ayırdı - RƏSMİ

Azərbaycan milli komandasının məşqçisi Arif Əsədovla yollar ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, UEFA-nın Məşqçi Kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirəcək.

AFFA A.Əsədova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Arif Əsədov 2020-ci ildən Azərbaycan millisinin məşqçisi idi. O, bu ilin mart ayından iyun ayınadək yığmanın müvəqqəti baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti