COP29

Avropa klubu azərbaycanlı oyunçunu satmağa razılaşdı, özü isə...

30 İyun 15:40 Milli komanda 2 952
Avropa klubu azərbaycanlı oyunçunu satmağa razılaşdı, özü isə...

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yenidən Türkiyədə oynamaq ehtimalı olub.

Sportinfo.az xəbər verir ki, I Liqaya vəsiqə qazanan "Amedspor" 25 yaşlı forvardı transfer etmək istəyib.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Türkiyə klubu Renatın müqavilə ilə məxsus olduğu "Qrasshopper"lə razılıq əldə edib. Lakin transfer son anda baş tutmayıb. Futbolçu ilə klub arasında razılıq əldə olunmayıb.

Renat Dadaşov ötən mövsüm icarə əsasında "Hatayspor"da çıxış edib. O, Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 6 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti