COP29

“De Byazi ilə sözümüz üst-üstə düşmürdü” – İllər sonra həqiqəti danışdı

28 İyun 20:40 Milli komanda 3 234
“De Byazi ilə sözümüz üst-üstə düşmürdü” – İllər sonra həqiqəti danışdı

Maksim Medvedev canlı yayımda qonaq olub.

Futbolçu karyerasını başa vuran sabiq “5 nömrə” “Atv” telekanalında yayımlanan “El canlı” proqramına dəvət alıb.

Maksim verilişboyu oxucuların suallarını cavablandırıb ki, ünvanlanan suallardan biri Azərbaycan millisinin keçmiş baş məşqçisi Canni de Byazi ilə bağlı olub.

Medvedev indiyə qədər demədiklərini etiraf edərək Azərbaycan yığmasından məhz italyan çalışdırıcı ilə problemə görə kənarda qaldığını deyib:

“Elə bir problem olmayıb. De Byazinin vaxtında milli komandada iştirak edirdim. Sadəcə, bəzi anlarda sözümüz üst-üstə düşmürdü.

Bir-birimizi başa düşmək üçün ingiliscə danışırdıq. Görürdü ki... Çox şeyi danışmaq da olmur əslində.

Sonda başa düşdük ki, birlikdə işləmək çətin olacaq. Ondan sonra milli komandaya dəvət almırdım. Ancaq televiziya vasitəsi ilə izləyirdim”.

Maksim Medvedev 2009-2022-ci illər aralığında Azərbaycan yığmasının heyətində meydana çıxdığı 80 oyunda 4 qolla yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək