COP29

AFFA-nın anlaşdığı yeni baş məşqçi nə vəd edir?

17 İyun 14:25 Milli komanda 1 040
AFFA-nın anlaşdığı yeni baş məşqçi nə vəd edir?

"Meydanda hər oyunda əsas məqsədimiz qələbə qazanmaq olacaq".

Sportinfo.az xəbər verir ki, bu sözləri milli komandamızın yeni baş məşqçisi Fernandu Santuş deyib.

O, eyni zamanda azarkeşlərə baxımlı oyun vəd edib:

"Futbol təkcə müdafiə olunmaqdan ibarət deyil. Həm hücum etməyə, həm də müdafiə olunmağa çalışacağıq.

Əsas olan nəticədir. Uğurlu nəticə oyunumuza müsbət təsir edəcək. Futbol azarkeşlər üçün oynanılır.

Çalışacağıq ki, onları həm qələbə, həm də baxımlı oyunla sevindirək. Bunun üçün bizə zaman lazım olacaq".

Digər Xəbərlər
Xəbər Lenti