COP29

Emin Mahmudov: "Mən daha çox milli haqda düşünürəm"

10 İyun 21:00 Milli komanda 484
Emin Mahmudov: "Mən daha çox milli haqda düşünürəm"

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Qazaxıstanla yoldaşlıq oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportinfo.az 32 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- Sabah bizi yaxşı rəqibə qarşı oyun gözləyir. Qazaxıstan millisi müdafiədə və əks-hücumda yaxşı oyanyır. Son illərdə inkişaf ediblər. Qazaxıstan yaxşı millidir. İki il əvvəl olduğu kimi yaxşı oynayaraq qalib gəlmək istəyirik.

- Sabah qol vursan, Qurban Qurbanovun rekorduna çatacaqsan. Bu haqda düşünmüsən?

- Neçə oyundur eyni vəziyyətdir, bir qol vurub çata bilərəm. Mən daha çox milli komanda haqda düşünürəm. Komanda yaxşı olsa, epizodlarım çox olar, qol vura bilərəm. Sırf qolu fikirləşmirəm.

- Millinin yeni baş məşqçisi yaxın günlərdə açıqlanacaq. Arif Əsədovun sabah son oyunu ola bilər. Kapitan olaraq futbolçularla söhbət etmisiz ki, Arif müəllimə qələbə hədiyyə edəsiz?

- Biz istəyirik ki, qələbə qazanaq. Bura millidir, hər oyuna qələbə üçün çıxmalıyıq. Arif müəllim haqda nə düşünürlər, bilmirik. İstəyirik ki, qalib gələk, azarkeşləri və Arif müəllimi sevinirək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?