AFFA bir müddətdir gündəminə aldığı Vladimir Vayssla apardığı danışıqlarda yeni mərhələyə yaxınlaşıb.
Slovakiya mətbuatında yazılan xəbərlərin əksinə olaraq, o, ölkəmizdə çalışmağa mənfi yanaşmır.
Yaxınlarda paytaxt Bratislavada AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə görüşmüş mütəxəssis millimizin sükanı arxasına keçməyə həvəs göstərir.
60 yaşlı çalışdırıcı indi «Slovan» rəhbərliyinin güzəştə getməsini gözləyir. Həm ona, həm də AFFA-ya.
İş ondadır ki, Bratislava klubu 2022-ci ildən burada işləyən Vayssla elə-belə vidalaşmaq istəmir. Ondan ötrü AFFA-dan təzminat tələb edirlər.
Bu məbləğ bir neçə yüz min avrodur. Federasiya «Slovan»nın kompensasiyanın miqdarını aşağı salmasına çalışsa da, hələlik buna müvəffəq olmayıb.
SPORTİNFO.AZ