Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət alıb.
Sportinfo.az xəbər verir ki, 30 aprel - 1 may tarixlərində təşkil olunacaq yarışda Azərbaycan yığması ilə yanaşı, son dünya çempionu Rumınya, Bosniya və Hersoqovina, Albaniya və Monteneqro komandaları da iştirak edəcək.
Turnirdən əvvəl komandamızın Monteneqronun Herseq Novi şəhərində bir həftəlik təlim-məşq toplanışı nəzərdə tutulub.