"Futbol mütəxəssisi yox, azarkeş kimi Azərbaycan millisinə dəstək olacağam".
Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan yığmasının UEFA Millətlər Liqasının C Divizionundakı şanslarını dəyərləndirərkən deyib.
O, milli komandanın turnirdə uğurla çıxış edəcəyinə inandığını bildirib:
“Yenidən Estoniya və İsveç yığmaları ilə eyni qrupa düşdük. Azərbaycan millisinin İsveç üzərindəki qələbəsinin təkrarlanmasını istəyirik. Futbolçulara uğurlar arzulayıram".
Azərbaycan yığması Millətlər Liqasının C Divizionunda İsveç, Slovakiya və Estoniya seçmələri ilə birlikdə 1-ci qrupda yer alıb.