AFFA Andrey Şevçenkodan sonra daha bir ukraynalı mütəxəsisdən mənfi cavab alıb.
Oleq Bloxin Azərbaycan millisini çalışdırmaqdan imtina edib.
Təqribən 10 il öncə məşqçilik karyerasına ara verən ötənlərin məşhur hücumçusu yenidən bu sahəyə dönməyə hazırlaşmadığını azərbaycanlı federasiya rəsmilərinin diqqətinə çatdırıb.
71 yaşlı mütəxəssis hələ 2018-ci ildə Ukrayna Futbol Federasiyasının (UFF) İcraiyyə Komitəsinin qərarı ilə UFF-nin peşəkar futbolun strateji inkişafı Şurasının həmsədri təyin edilib.
Bloxin 2003-2007 və 2011-2012-ci illərdə Ukrayna millisinin baş məşqçisi olub. Son olaraq isə 2012-2014-cü illərdə Kiyev “Dinamo”sun rəhbərlik edib.
O, 1975-ci ildə “Qızıl top” mükafatına layiq görülüb.
SPORTİNFO.AZ