COP29

AFFA "İmperator"u millinin sükanı arxasına gətirməkdən imtina etdi – SON DƏQİQƏ

27 Noyabr 2023 13:00 Milli komanda 7 687
AFFA "İmperator"u millinin sükanı arxasına gətirməkdən imtina etdi – SON DƏQİQƏ

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Azərbaycan millisinin sükanı arxasına keçə bilməyəcək.

AFFA menecerlər vasitəsilə ona təklif olunan 70 yaşlı mütəxəssislə əməkdaşlığa maraq göstərməyib.

Buna səbəb "İmperator"un maliyyə şərtlərinin federasiyaya həddən artıq ağır gəlməsidir.

Belə ki, tanınmış çalışdırıcının illik 4-4,5 milyon avro civarında əməkhaqqı istədiyi, həmçinin özüylə bərabər gətirəcəyi köməkçilərə görə daha 2 milyon avro tələb etdiyi bildirilir.

Terim 2022-ci ilin yanvarından işsizdir. 1999/2000 mövsümündə "Qalatasaray"la UEFA Kubokunu qazanıb. "Sarı-qırmızılar"la 8 dəfə Super Liqada, 3 dəfə Türkiyə kubokunda, 4 dəfə də Türkiyə Superkubokunda qalib olub.

1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə ölkəsinin millisinə rəhbərlik edən Fatih Terim İtaliyada "Milan" və "Fiorentina"da da işləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?