AFFA növbəti dəfə gülməli qərar verib.
Belə ki, federasiya Avropa çempionatının seçmə mərhələsində Belçika yığmasına 0:1 uduzan milli üzvlərinə mükafat paylayıb.
Əsas heyətdə olanlara 2500 manat, ehtiyatdan oyuna qoşulanlara bu məbləğdən 75%, digər futbolçulara isə 50% pay düşüb.
Hələ bu harasıdır!
Məğlub komandanın baş məşqçisi Canni De Byaziyə 200% “ənam”ə təqdim olunub.
Ümumən götürsək, bu matça görə 100 min manatdan çox pul gedib. Amma AFFA-nın hesabından 1 qara qəpik da çıxmayıb.
Mükafatın ödənilməsinin təşəbbüskarı Rövnəq Abdullayevdir. Federasiya prezidenti bütün xərci şəxsi büdcəsindan çəkib.
XANOĞLAN / SPORTİNFO.AZ