Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına yekun vuran çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində son oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Türkiyə komandasına qarşı oyun 4:2 hesabı ilə millimizin xeyrinə nəticələnib.
Amid Nəzərovun dubl etdiyi oyunda komandamızın digər qollarını Fuad Hüseynov və İsa Zeynallı vurub.
Bu komandalar arasında daha əvvəl keçirilmiş iki qarşılaşma müvafiq olaraq, 4:3 və 4:2 hesabı ilə Türkiyə millisinin xeyrinə nəticələnmişdi.