COP29

Avstriyanın baş məşqçisi millimiz barədə nə fikirləşdiyini dedi

24 Mart 2023 02:20 Milli komanda 545
Avstriyanın baş məşqçisi millimiz barədə nə fikirləşdiyini dedi

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Qarşıda favoriti olduğumuz iki oyun var. Andorra ilə matç istisnadır. Azərbaycan millisi son beş oyunda qələbə qazanıb.

Ancaq azarkeşlər onları məğlub etməyimizi gözləyirlər. Bu mənada növbəti addımı atmalıyıq.

Əminəm ki, bunu edə bilərik. Topa sahib olmağı sevən güclü komanda ilə qarşılaşacağımızı bilirik.

Kapitan David Alaba Azərbaycanla matçda iştirak etməyəcək. Bu görüşdə kapitanlıq sarğısını yarımmüdafiəçi Marsel Zabitser taxacaq. Qapı xəttində isə Haynts Lindner dayanacaq”.

Bu gün Linzdəki “Rayffayzen Arena”da keçiriləcək Avstriya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?