COP29

Santuş Azərbaycan millisini necə RÜSVAY ETDİ?

21 Noyabr 2024 01:50 Milli komanda 802
Santuş Azərbaycan millisini necə RÜSVAY ETDİ?

Azərbaycan UEFA Millətlər Liqasında çıxışını başa vurdu.

Məlum olduğu kimi, Fernandu Santuşun rəhbərlik etdiyi komandanın yarışdığı C liqasının 1-ci qrupunda nəticəsi acınacaqlı olub.

Cəmi 1 xal toplayan Azərbaycan millisi D liqasına düşüb.

Sportinfo.az xəbər verir ki, D liqasında Avropanın ən zəif 6 komandası yarışır. Tarixdə ilk dəfə yeni mövsümdən həmin millilər sırasına Azərbaycan da qoşulacaq.

Azərbaycan millisinin statistik göstəriciləri də məyusluq doğurur. 54 komandanın yarışdığı Millətlər Liqasında Azərbaycan millisi ən az xal toplayan 5 komandadan biri olub:

Qazaxıstan (B liqası) - 1 xal

Azərbaycan (C liqası) - 1 xal

Andorra (D liqası) - 1 xal

Finlandiya (B liqası) - 0 xal

Litva (C liqası) - 0

Yarışda milli komandamız 3 qol vurub ki, bu nəticə ilə onlar yalnız 43-cü yeri tuta bilib.Bu da bir aclnacaqlı göstərici.

Bundan başqa, Azərbaycan millisi ən çox qol buraxan (17 dəfə) 2 komandadan biri olub. Daha bir məyusluq. Digəri isə A liqasında mübarizə aparmış Bosniya ve Herseqovinadır (17).

Vurulan və buraxılan qollar arasındakı göstəricidə də bizimkilərin nəticəsi yalnız təəssüf yaradır.

Qazaxıstan - 0 qol vurub, 15 qol buraxıb (-15)

Azərbaycan - 3 qol vurub, 17 qol buraxıb (-14)

Bosniya və Herseqovina 4 qol vurub, 17 qol buraxıb (-13)

Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 17:20 Bu da YAXŞI XƏBƏR deyil
27 Yanvar 02:40 "Ordu" məğlub oldu