18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 25-dən dekabrın 1-nə qədər Qəbələdə təlim-məşq toplanışı keçəcək.
Komandaya 24 futbolçu çağırılıb. Onlar arasına yalnız 1 legioner yer alır. Renat Qurbanov Almaniyadan dəvət olunub.
O, Oberliqanın J qrupunda mübarizə aparan "Ludviqşafener 1925"dən yığmaya çağırılıb.
U-18-in baş məşqçisi Füzuli Məmmədov Sportinfo.az-a Renat haqda məlumat verib:
"Biz onu ilk dəfə bura çağırırıq. Hələ üzünü görməmişik.
Haqqında müəyyən məlumatlar alandan sonra internetdə 5 oyununa baxdım və qərara aldım ki, milliyə çağırmaq lazımdır. Boyu 183 sm-dir.
Çevik və rahat oyunçudur. Komandamıza kömək edə bilər.
Çünki müdafiənin sol cinahında ciddi sıxıntı yaşayırıq. Renatı internetdə izlədikdən sonra "Ludviqşafener 1925"dən məşqçi Marko ilə əlaqə saxladım.
Ondan da futbolçu barədə soruşdum. Mənə lazım olan bütün suallara cavab verdi. Dedi ki, milliyə çağıra bilərsiz, keyfiyyətli futbolçudur".