COP29

“Bir çoxları komandada yer almaq istəyirsə…” - Azərbaycana məğlubiyyət haqda

2 Noyabr 16:20 Milli komanda 1 100
“Bir çoxları komandada yer almaq istəyirsə…” - Azərbaycana məğlubiyyət haqda

Monteneqronun U-18 yığmasının baş məşqçisi Qoran Perişiç Podqoritsada Azərbaycana qarşı ikinci yoldaşlıq görüşündəki məğlubiyyəti (1:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, monteneqrolu mütəxəssis komandasının uğursuz çıxışı haqda bunları deyib:

"Keyfiyyətli rəqibi 3 gündə iki dəfə məğlub etmək çətindir. Xüsusən də çoxlu səhvlər edirsənsə...

Üstəlik, ilk qarşılaşma ilə müqayisədə bu görüşdə çoxlu dəyişikliklər baş verdi, meydanda daha az oynayan futbolçulara şans vermişdik.

Bu, bizim gələn il üçün komandanın qurulması prosesinin başlanğıcıdır. Aydındır ki, bir çoxları komandada yer almaq istəyirlərsə, daha çox və daha ciddi işləməli olacaqlar".

İlk görüşdə Azərbaycan yığması rəqiibnə 0:2 uduzmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...