COP29

"Qarabağ"lı Əli vurdu, milli Albaniya ilə heç-heçə etdi

19 İyun 01:10 Milli komanda 1 119
"Qarabağ"lı Əli vurdu, milli Albaniya ilə heç-heçə etdi

Albaniyanın Dürres şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib.

Sportinfo.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində “Eqnatia Arena”da meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində qolu 13-cü dəqiqədə "Qarabağ"lı yarımmüdafiəçi Əli Qazibəyov vurub.

Albaniya ilə Azərbaycan komandaları arasında ikinci yoldaşlıq görüşü iyunun 19-da keçiriləcək. “Eqnatia Arena”da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?