COP29

Millinin yeni baş məşqçisi özünə 2 yerli köməkçi götürdü

31 İyul 2024 11:40 Milli komanda 2 989
Millinin yeni baş məşqçisi özünə 2 yerli köməkçi götürdü

Millinin yeni baş məşqçisi Ferandu Santuş özünə 2 yerli köməkçi götürüb.

Arif Əsədov və Kamran Ağayev portuqaliyalı mütəxəssisin korpusunda yer alacaq.

Əsədov uzun illərdir yığmada çalışır. Nikola Yurçeviçin vaxtından üzü bəri daim ölkənin əsas komandasında fəaliyyət göstərir. Ağayev isə son 2 ildə korpusa daxil olub, Canni De Byazi ilə işləyib.

Santuş Əsədov və Ağayevi öncədən tanımayıb. Bu məsələdə AFFA rəhbərliyi vasitəçi missiyasını yerinə yetirib.

Təklif də federasiyadan gəlib, təkid də.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti