"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi ilə həyat yoldaşı Vanda Nara mühahisəli boşanma prosesi davam edir.
Sportinfo.az xəbər verir ki, ulduz futbolçu hüquqi mübahisənin bir hissəsi olaraq psixoloji qiymətləndirmədən keçiriləcək.
Bu səbəbdən İkardi Argentinada Buenos-Ayres şəhər məhkəməsinə gəlib. Onun məhkəməyə daxil olarkən çəkilmiş fotoları yayılıb.
Mauro İkardi uzun müddət model Vanda Nara ilə evli olub. Cütlük bir müddət əvvəl ayrılmaq qərarı alıb. Hazırda Vanda Nara reper L-Qante ilə yeni münasibətdədir.