COP29

"Səbəbini sizə deyə bilmərəm, nə bilim..."

13 Oktyabr 16:45 Milli komanda 1 958
"Səbəbini sizə deyə bilmərəm, nə bilim..."

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev Millətlər Liqasının Ç Liqasının I qrupu çərçivəsində Slovakiya ilə keçiriləcək matçdan öncə mətbuat konfransında sualları cavablandırıb.

- Slovakiya ilə matça çox ciddi hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanaq. Ümid edirəm ki, qələbə ilə ötən məğlubiyyətləri unutduracağıq. Matça qələbə üçün çıxacağıq.

- Müdafiə xəttində vəziyyət necədir?

- Özümü komanda yoldaşlarımdan fərqləndirməzdim. Öz işimi görürəm. Fərdi olaraq səhvlərimiz oldu. Bu gün Estoniya ilə oyuna baxmışıq. Bəzi səhvlərimiz var idi. Xüsusilə də müdafiədə. Sabah daha yaxşı çıxış etməyə çalışacağıq.

- Keçən il Estoniyanı udmuşduq, bu dəfə uduzduq. Bir ildə nə dəyişdi?

- Dəyişikliklər barədə nəsə deyə bilmərəm. Bu dəfə də qalib gəlmək mümkün idi. Epizodlardan düzgün istifadə edə bilmədik. İlk yarıda bir xeyli qol epizodlarımız oldu. Qaçırdınsa, rəqib səni cəzalandıracaq.

- Millinin heyətində üzdə olan futbolçular oynayır. Fərd olaraq ən yaxşılardır. Niyə komanda şəklində alındıra bilmirsiz?

- Çox yaxşı oyunçularımız var. Səbəbini sizə deyə bilmərəm, nə bilim... Ümid edirəm ki, komanda şəklində daha yaxşı çıxış edəcəyik.

- Karyeranın ən yaxşı dövrünü yaşayırsan. Fiziki və psixoloji cəhətdən özünü necə hiss edirsən?

- Təkcə bu il deyil ki, üç gündən bir oynayıram. Çoxdandır ki, bu sistemdə çıxış edirəm. Üç gündənbir oyundan özümün də xoşum gəlir. Tempi saxlayırsan, düşmürsən.

Digər Xəbərlər
Xəbər Lenti