Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Estoniya ilə matçda kapitanlıq sarğısını Abbas Hüseynovun daşımasının səbəbini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, o, Bədavi Hüseynovun Azərbaycan dilini bilməməsinə görə Abbas Hüseynovun kapitan olduğunu söyləyib:
"Niyə olmasın ki? Düşünürəm ki, Abbas yaxşı kapitandır.
Əsas kapitan Bədavi Hüseynovdur. Amma o Azərbaycan dilində danışa bilmir. Ona görə də Abbasa üstünlük verdim".
Sözügedən oyunda Estoniya 3:1 hesablı qələbə qazanıb.