COP29

"Nə qədər çətin olsa da…” - Çerçesov Azərbaycana məğlubiyyəti xatırladı

8 İyul 02:00 Milli komanda 938
"Nə qədər çətin olsa da…” - Çerçesov Azərbaycana məğlubiyyəti xatırladı

Qazaxıstan komandasının baş məşqçisi Stanislav Çerçesov iyunda Azərbaycan (2:3) və Ermənistanla (1:2) keçirdikləri iki yoldaşlıq oyunu ilə bağlı təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, “SPORT+” telekanalına danışan rusiyalı mütəxəssis daha çox millimizə uduzduqları görüşlə bağlı danışıb.

"Mən posta gəlməmişdən əvvəl gəlməmişdən əvvəl Qazaxıstan millisinin son iki oyununa baxdım. Ermənistan və Azərbaycana qarşı keçirilmiş matçları izlədim.

Təbii ki, sevmədiyim anlar oldu. Azərbaycanla matçda 2:0 öndə idilər.

İstənilən halda, 2:0 öndəsənsə, nə qədər çətin olsa da, nəticəni qorumaq lazımdır. Lakin sonda məğlubiyyətlər üzləşdilər".

Azərbaycan millisi Qazaxıstanla yoxlama matçında ilk yarını 1:2 məğlub tamamlasa da, sonradan iki qol vuraraq qələbə qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?