COP29

UEFA Azərbaycan millisindən kimin VİDEOsunu paylaşdı?

12:40 Milli komanda 780
UEFA Azərbaycan millisindən kimin VİDEOsunu paylaşdı?

UEFA rəsmi "feysbuk" səhifəsində Azərbaycan millisinin qapıçısı Mehdi Cənnətovun Slovakiya ilə oyundakı qurtaşınının videosunu paylaşıb.

Sportinfo.az xəbər verir ki, epizod Azərbaycan millisinin Millətlər Liqasının 2-ci turunun səfərdə keçirilən görüşündəndir.

Millimiz sözügedən oyunda 0:2 hesabı ilə uduzsa da, Cənnətov bir neçə dəfə komandasını real qoldan xilas edib.

Mehdi Cənnətov hazırda Millətlər Liqasında ən çox qurtarış edən iki qapıçıdan biridir.

32 yaşlı qolkiper ilk iki qarşılaşmada 12 seyv edib. Estoniya millisinin qapıçısı Karl Yakob Heyn də eyni sayda qurtarışla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 17:20 Berdiyevin "gizli silahı"