COP29

Millidə HOQQABAZLIQ: Buranın bir böyüyü yoxdur? - VİDEO

6 Sentyabr 14:00 Milli komanda 1 779
Millidə HOQQABAZLIQ: Buranın bir böyüyü yoxdur? - VİDEO

“İllərdir millinin əsas “sütun”unu “Qarabağ”lılardan qurulmalı olmasının vacibliyini vurğulayırıq.

Fernandu Santuş da bunu etdi.

“Sehirli çubuğ”u yoxdur ki, bir toxunuşla nələrisə birdən-birə dəyişə bilsin. İmkan verilsəydi, bunu hər hansı bir azərbaycanlı mütəxəssis də edə bilərdi.

Təəssüf ki, millimiz kapitansız oynayır. Kapitanın nüfuzunun olduğu bir matçda Ramin Şeydayev belə bir hoqqabazlıq edə bilməzdi”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist komandamızın UEFA Millətlər Liqasının C Divizionun ilk turu çərçivəsində İsveçə 1:3 hesabı ilə məğlub olduğu qarşılaşma barədə danışıb.

O, burada bir çox məsələlərdən bəhs edib.

Qeyd eləyib ki, millidə əsas problem “Qarabağ”dakı problemdir: “Müdafiə olunmaqda ciddi nöqsanlar var. Mövqe sığortalarında çatışmazlıqlar çoxdur. Eynilə “Qarabağ”dakı kimi”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var