COP29

"Azərbaycanlı hücumçunun penaltini hansı tərəfə vuracağını bilirdim"

15 Sentyabr 08:50 Milli komanda 734
"Azərbaycanlı hücumçunun penaltini hansı tərəfə vuracağını bilirdim"

“Çox maraqlı və gərgin oyun keçdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında İsveç millisinin qapıçısı Viktor Yohansson UEFA Millətlər Liqasının C Divizionunda Bakıda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Hazırda İngiltərənin “Stok Siti” komandasının formasını geyinən qolkiper görüşün qarşılıqlı hücumlar şəraitində keçdiyini bildirib:

“Azərbaycan millisi oyuna yaxşı hazırlaşmışdı. Rəqib futbolçular təhlükəli hücumlar edirdilər.

Lakin daha dəqiq oynadığımız üçün meydandan üç xalla məhz biz ayrıldıq”.

26 yaşlı oyunçu ilk hissənin son saniyələrində dəf etdiyi penalti zərbəsi barədə də fikirlərini bölüşüb:

“Əslində azərbaycanlı hücumçunun topu həmin nöqtəyə vuracağını bilirdim. Bu hisslər məni yanıltmadı və penaltini geri qaytardım. Çox xoşbəxtəm”.

V.Yohansson yığmamızın heyətində bəyəndiyi futbolçuların adlarını da çəkib:

“Emin Mahmudov və Ramil Şeydayevin meydandakı mübarizə əzmini çox bəyəndim”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!