COP29

Dünyanın ən yaraşıqlı kişisi hesab olundu - İlk "onluq"

24 Oktyabr 2023 08:40 Maraqlı 1 269
Dünyanın ən yaraşıqlı kişisi hesab olundu - İlk "onluq"

Dünyanın ən məşhur plastik cərrahı, professor Culian De Silva məşhur kişilər arasından kişi gözəlliyinin standartlarına cavab verən 10 nəfərin siyahısını tərtib edib. Bu siyahı süni zəkanın tərtib etdiyi siyahıya çox bənzəyir.

Sportinfo.az doktor Silvanın ideal hesab etdiyi yaraşıqlı kişilərin siyahısını təqdim edir.

Öncə onu deyək ki, 100 faizlik ideal göstəricilərə heç kim malik deyil.

Siyahının onuncu pilləsində 86 faizlə Hollivud ulduzu Dueyn Conson dayanır.

Aktyor Henro Holdinq 87 faizlə ideal kişi hesab olunur.

Corc Kluni yaşına baxmayaraq xarizmasını qoruyur, 89 faizlə 8-ci yerdə dayanır.

Kris Evans 91 faizlə siyahıda yer alıb.

Aktyor Robert Pattinson 92 faiz ideal gözəlliyə sahibdir.

İngiltərə futbolçusu Cud Bellinqem beşinci yerdə dayanır və ideal həddə çatmaq üçün 8 faizi çatışmır.

Müğənni Harri Staylz bu siyahıda dördüncü yerdə dayanır. Bizim zövqümüzü oxşamasa da, yeni texnologiyalar belə deyir.

Aktyor Maykl Cordan siyahıda üçüncü yerdə durur.

Həmkarı Kris Hemsvort onu bir pillə qabaqlayır.

Dünyanın ən gözəl kişisi is 34 yaşlı britaniyalı aktyor Req Jan Peyc hesab olunub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?