“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo bu yaxınlarda Corcina Rodrigesi həyat yoldaşı adlandırıb, yəni cütlük nə vaxtsa gizli şəkildə münasibətlərini qanuniləşdirə bilər.
Lakin hələlik heç bir rəsmi təsdiq alınmayıb.
Bu arada, Ronaldonun ayrılacağı təqdirdə, Corcinaya nə qədər pul ödəyəcəyi ilə bağlı məlumatlar yayılıb.
Sportinfo.az “goal”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə sevgilisi arasında müqavilə var və ona əsasən, Ronaldo ayrılacağı təqdirdə, Corcinaya ayda 85 min funt sterlinq ödəyəcək.
Bu müqavilə 2017-ci ilin noyabrında, cütlüyün Alana Martina adlı qızı olanda imzalanıb.