COP29

Qurban Qurbanovla Rəşad Sadıqovun bu "FOTO"su hamının marağını çəkir…

16 İyul 16:40 Maraqlı 3 632
Qurban Qurbanovla Rəşad Sadıqovun bu "FOTO"su hamının marağını çəkir…

Avrokubokların yeni mövsümündə debüt edən ilk Azərbaycan klubu "Zirə" oldu.

Rəşad Sadıqovun çalışdırdığı komanda «siftə»ni Moldovada reallaşdıdı.

Avropa Liqasında mübarizə aparan «qartallar» bu mərhələdə «Şerif»ə rəqibdir və Tiraspolda keçirilən ilk qarşılaşma təmsilçimizin 1:0 hesablı qələbəsiylə başa çatdı.

Davit Volkovun 87-ci dəqiqədə vurduğu yeganə qol qəsəbə kollektivinin növbəti etapa yüksəlmək şansını artırdı. Zirəlilər bu həftə Bakıda keçiriləcək görüşdə istənilən hesabla heç-heçə etsə belə, məqsədinə yetişəcək.

«Şerif»lə matçdan sonra sosial şəbəkələrdə maraqlı şəkil peyda olub. Görünür ki, bu, «fotoşhop»la hazırlanıb.

Burada Qurban Qurbanovla Rəşad Sadıqov üz-üzə «əyləşdirilib». Müəllim-tələbə kimi. Şəkil «bugünkü dərs» adlanır. Mövzu isə «Avropada mərhələ keçməyin əsasları»dır.

Nəyə işarə vurulduğu aydındır:

Qurbanov «Qarabağ»la illərdir qitə arenasında «at oynadır» və böyük təcrübəyə malikdir. Sadıqov isə bu yola yeni çıxıb və yaxın dostundan çox şey öyrənə bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?