COP29

Məşhur aktrisa futbol klubuna SƏRMAYƏ QOYDU - Oğluna görə

17 İyul 02:40 Maraqlı 814
Məşhur aktrisa futbol klubuna SƏRMAYƏ QOYDU - Oğluna görə

Aktrisa Natali Portman oğluna görə qadın futbol klubuna pul yatırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Natali Portman 13 yaşlı oğlu Alefi keçmiş əri Benjamin Millepied ilə birgə böyüdür.

Aktrisa ABC-nin yeni "Vzglyad" şousunun efirində oğlunun qeyri-adi hobbisindən danışıb.

O bildirib ki, oğlu həqiqətən qadın futboluna baxmağı sevir. Buna görə o, Los-Ancelesdəki Angel City futbol klubuna sərmayə qoymağa qərar verib və burada ortaq sərmayəçi olub.

Martın 8-də Natali Portmanın xoreoqraf Benjamin Millepiedlə boşanma prosesini başa çatdırdığı məlum olub.

Aktrisanın nümayəndəsi bildirib ki, Hollivud aktrisası ötən ilin iyulunda boşanmaq üçün məhkəməyə müraciət edib və yalnız fevralda bu proses rəsmi şəkildə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?