“Fənərbaxça” klubu Azərbaycan Respublikası Dövlət Neft Şirkətiylə (SOCAR) əməkdaşlıq edəcəyi ilə bağlı xəbərləri təkzib edib.
Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Açıqlamada, SOCAR-la əməkdaşlıqla bağlı olan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.
Türkiyə mətbuatı SOCAR-ın “Fənərbaxça” ilə 15 il müddətinə ad sponsorluğunda əməkdaşlıq edəcəyi barədə məlumat yaymışdı. .