AÇ-2024-də 1/8 finala çıxan Gürcüstan yığmasının Portuqaliyaya qalib gəlməsi müzakirə mövzusuna çevrilib.
Sportinfo.az xəbər verir ki, gürcülərin sürpriz şəkildə 1/8 finala adlamasından sonra komandanın qol vuran oyunçuları Xviça Kvaratsxeliya və Georges Mikautadzenin illər əvvəl portuqliyalı ulduz Kriştianu Ronaldo ilə çəkdirdiyi foto gündəm olub.
Şəkil 2013-cü ildə “Dinamo” (Tbilisi) klubunun akademiyasının açılışı zamanı çəkilib. Həmin vaxt Ronaldo akademiyanın açılışına qatılıb.
Fotoda Xviça və Mikautadze ilə yanaşı komandanın digər bir neçə üzvü də yer alıb.
Hətta matçdan sonra Xviça və Ronaldo görüşüb. Kriştianu Gürcüstan yığmasının və “Napoli”nin ulduzuna öz formasını hədiyyə edib. Kvaratsxeliya formanın fotosunu instaqram hesabında paylaşaraq superulduza təşəkkürünü bildirib.