
Sosial şəbəkələrin Azərbaycan seqmentində böyük marağa səbəb olan fotolar yayımlanıb.
Sportinfo.az xəbər verir ki, "ggpro" səhifəsi süni intilekt vasitəsilə tanınmış futbol ulduzlarını Azərbaycandakı peşələrə və həyat şəraitinə uyğun obrazlaşdırıb. Nəticədə ortaya maraqlı görüntülər çıxıb.
Məsələn, Arda Turan bərbər, Toni Kroos maşın alverçisi, Jerar Pike Bakı Metropoliteninin əməkdaşı, Flip Lam nağaraçı, Zinəddin Zidan Daxili İşlər Nazirliyinin əməkdaşı, Zlatan İbramoviç idman müəllimi, Məhəmməd Salah maşın ustası, Lamin Yamal ofisiant, Halk isə aşbaz kimi təqdim olunub.
Eyni zamanda, Kriştiano Ronaldo və Lionel Messinin domino oynaması, Neymarın qəssab obrazı video formatda hazırlanıb.
♬ GurbanPro AI Content Creator - orijinal ses - GurbanPro AI Content CreatorWatch on TikTok