
Portuqaliya millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Naninin minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak etmək üçün Bakıya təşrif buyurduğunu xəbər vermişdik.
Ulduz futbolçu tədbirdə iştirak etdikdən sonra paytaxtı tərk etməyib.
O, şəhər gəzintisində olub, bir sıra görüşlər keçirib.
Sıx qrafikə rəğmən veteran yarımmüdafiəçi komanda yoldaşı olmuş azərbaycanlı futbolçunu da unutmayıb.
Söhbət "Qarabağ"ın qolkiperi Şahrudin Məhəmmədəliyevdən gedir.
İkili Bakıdakı restoranların birində bir araya gəlib. Şahruddinlə bərabər bir başqa "Qarabağ"lı Patrik Andrade də dünya ulduzu ilə görüşdə iştirak edib.
Xatırladaq ki, 30 yaşlı kiper 2023-24 mövsümünü Nani ilə birgə “Adana Demirspor”da keçirib.
XANOĞLAN / SPORTİNFO.AZ