
Peşəkar Futbol Liqası Premyer Liqanın 24-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyunu ilə bağlı maraqlı videoçarx hazırlayıb.
Sportinfo.az xəbər verir ki, süni intellektlə hazırlanan videoda Bakı şəhərinin, Masazır gölünün və Tofiq Bəhramov adına Respublika Stadionunun görüntüləri yer alıb.
Videoda "Qarabağ"ın futbolçusu Kadi Borges, "Sabah"ın oyunçusu Cesse Sekidika da var.
Maraqlıdır ki, Kadinin Tofiq Bəhramov adına Respublika Stadionunun meydanına atla daxil olduğu təsvir edilib. Sekidikanın çiynində isə bayquşun olması diqqət çəkib.
At Ağdam təmsilçisinin, bayquş isə paytaxt klubunun rəmzidir.
Fevralın 22-də, Tofiq Bəhramov adına Respublika Stadionununda keçiriləcək "Qarabağ" - "Sabah" matçı saat 19:00-da başlayacaq.