"Neftçi"nin keçmiş baş məşqçisi Vlastimil Petrjela “Zenit”in çalışdırıcısı Sergey Semakın qidalanma sisteminə reaksiya verib.
Sportinfo.az xəbər verir ki, Rusiya mətbuatına açıqlama verən çexiyalı mütəxəssis Semakın vegeterian olması haqda bu cür danışıb:
"Semak vegetariandır? Məşqçidir, onun üçün heç bir problem yoxdur.
Ümumiyyətlə, indiki vaxtda hətta futbolçular da vegetarian olub uğur qazana bilir.
Mənə gəlincə, mən heç vaxt bu pəhrizi sınamamışam və həmişə ət yemişəm”.
Petrjela 2007-2008-ci illərdə “Neftçi”də işləyib.