“Sheki City”nin rəhbəri Elgün Hüseynov Məsut Özillə bağlı atdığı maraqlı addımla diqqət çəkib.
O, məşhur dünya ulduzunun imzası olan biletləri satışa çıxarıb.
Rəhbər şəxs öz sosial şəbəkə hesabından bu barədə paylaşım edib.
Qiymət isə simvolik olaraq 100 manat təyin edilib.
Əldə olunacaq gəlir bölgə klubunun xərcləri üçün istifadə olunacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl "Qarabağ"ın dəvəti ilə Bakıya qonaq gələn Almaniya millisinin və "Real Madrid" veteran yarımmüdafiəçisi Şəkidə də qonaq olub.
Özil sıx səfər qrafikinə rəğmən Şəkil təmsilçisinin Azərbaycan Kubokunda "Şəmkir"lə görüşünü arenadan izləmişdi.
Satışa çıxarılan bilet də məhz həmin oyun üçün xüsusi hazırlanmışdı.
XANOĞLAN/SPORTİNFO.AZ