Ölkəmiz növbəti mötəbər yarışı arxada qoydu.
Söhbət "Formula 1" üzrə Azərbaycan Qran-prisindən gedir.
Sentyabrın 13-dən 15-dək keçirilən yarış günlərində Bakı çox sayda qonağa qucaq açdı.
Ölkəmizdə yaşayan əcnəbilər üçün də "Formula 1" günləri boş keçməyib.
Təbii ki, aralarında diqqətimizi çəkən Premyer Liqanın gəlmələridir.
"Qarabağ"lılar yarış meydanına kütləvi axın edibsə, onlara qoşulanlar arasında Kristian Avram, Ramon Maçado, Benni, Kristian Silva, Rikardo Fernandes kimi digər təmsilçilərimizin üzvləri də olub.
Marko Yankoviç dostları ilə yarışın ləzzətini çıxarıbsa, Benni "Şamaxı"da çıxış edən həmyerlisi Rikardo Fernandeslə birgə izləmək qərarı verib.
Riçard Almeyda, Mateus Silva, Julio Romao, Marko Veşoviç kimi əyləncəli anları ailəsi ilə keçirən "Qarabağ"lılara "Araz"ın forvardı Ramon Maçado da qoşulub.
XANOĞLAN/ SPORTİNFO.AZ