COP29

Varlıların sevimli klubunun qlamur gözəlləri - FOTOLAR

13 Sentyabr 02:00 Maraqlı 628
Varlıların sevimli klubunun qlamur gözəlləri - FOTOLAR

Məlum olduğu kimi, "Çelsi" varlı kütlənin azarkeşlik etdiyi klubdur.

Təsadüfi deyil ki, "mavilər"ə "zadəganlar" deyirlər.

Varlılar olan yerdə həmişə gözəl qadınlar olur.

"Çelsi"də çıxış edən futbolçular da bu sarıdan bəxtləri gətirib. Onların yanlarında qlamurlar var. Bu tendensiya ötən əsrin 90-cı illərindən - Ruud Qullit və Canluka Vialli kimi superulduzların transferi ilə başalyıb.

İndi çox az şey dəyişib. Klubun yeni sahibləri böyük adlara sərmayə qoymağa davam edir və ulduzlar ənənəvi olaraq tək deyil, dəbdəbəli gözəllərlə Londona gəlirlər.

Gəlin onları daha yaxından tanıyaq.

Konnye Qreys

İngilis gözəl iyul ayında "Çelsi"nin yeni ulduzu Kol Palmer ilə münasibətdədir. 22 yaşlı manikür ustası Mançesterdəndir. Palmer London klubundan əvvəl "Mançester Siti"də çıxış edərkən sevgilisi ilə birlikdə yaşamağa başlayıb.

Vyoletta Bert

Vyolettanın "zadəganlar"ın vingeri Mixail Mudrikin sevgilisi olduğu haqda xəbərlər yayılıb. Onlar münasibətlərini təsdiqləməyiblər. Ancaq Bertin "İnstaqram" səhifəsində "Çelsi" forması ilə şəkli var. Eyni zamanda onların bir sıra ortaq paylaşımları münasibətin gizli qalmasına imkan verməyib.

Valentina Servantes

Argentinalı gözəl 2019-cu ildən Enzo Fernandes ilə görüşür. Valentina Buenos-Ayresdə sevgilisi ilə tanış olanda ingilis dili müəllimi olmaq üçün təhsil alırdı. Onların Olivya və Benjamin adlı iki övladı var.

Karolina Silva

Karolina modeldir və Pedro Netonun sevgilisidir. Cütlük 2022-ci ildən birlikdədir Onlar səyahət etməyi sevirlər. Bu yaxınlarda ABŞ-a, Orlandoya səyahət ediblər. Səfər zamanı onlar "Disney World" və "Universal Studios"a baş çəkiblər.

Klaudiya Rodrigez

Klaudiya müdafiəçi Mark Kukurelanın yoldaşıdır. O, rabitə sahəsində işləyir. Cütlük arasındakı sevgi hekayəsi 2018-ci ildə müdafiəçi hələ "Barselona" oynadığı zaman başlayıb.

Noemi Romi

O, "Çelsi"nin danimarkalı qapıçısı Filip Yorgensenin sevgilisidir. London klubu ona görə "Vilyarreal"a 21 milyon funt-sterlinq ödəyib. Bunun sayəsində Noemi "Stemford Bric"in tribunasında görünür. O, Niderland Maliyyə Nazirliyində vergi məmuru işləyir.

Publika.az

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə